Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəbələdə dava düşdü: oyundan sonra qırmızı vərəqə

Qəbələdə dava düşdü: oyundan sonra  qırmızı vərəqə

Tarix: 16 Oktyabr 2021 19:44

Azərbaycan Premyer Liqasının VII turunda keçirilən "Qəbələ" - "Zirə" oyunundan sonra qalmaqal yaşanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Qəbələdə baş tutan qarşılaşmadan dərhal sonra futbolçular arasında mübahisə düşüb.

Final fiti ilə birlikdə bakılıların müdafiəçisi Dmitrios Çantaikasa kəllə vuran "Qəbələ"nin yarımmüdafiəçisi Ehtiram Şahverdiyev birbaşa qırmızı vərəqə alıb. Onunla mübahisəyə girişən Çantaikas isə "sarı"ya qonaq olub. Futbolçular, xüsusən də, Şahverdiyevi sakitləşdirməkdə çətinlik çəkiblər.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.

Milli.Az


Etiketlər:  Qəbələdə dava düşdü oyundan sonra qırmızı vərəqə


RƏYLƏR