Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yulaf həlimi. Qastrit, qəbizlik, qaraciyər xəstəliklərinin TƏBİİ DƏRMANI

Yulaf həlimi. Qastrit, qəbizlik, qaraciyər xəstəliklərinin TƏBİİ DƏRMANI

Tarix: 16 Oktyabr 2021 20:03

Yulaf faydalı maddələrin zəngin mənbəyidir. Yulafda vitaminlər (A, B qrupu, E, K), makro- və mikroelementlər (sink, fosfor, dəmir, ftor, yod), əvəzsiz aminturşular, yağlar, zülallar, karbohidratlar var.

Məhz bu səbəbdən yulaf yarmasından hazırlanan istənilən qida - sıyıq, kisel, həlim - insanın sağlamlığı üçün çox faydalıdır.

Yulaf həmçinin çox dəyərli müalicəvi xüsusiyyətlərə malikdir. Saglamolun.az bildirir ki, yulaf həlimi tanınmış və sınanmış müalicəvi vasitədir. Yulaf həlimi bütün mədə-bağırsaq sisteminə çox müsbət təsir edir - qastriti və xora xəstəliyini müalicə edir, qara ciyəri təmizləyir və funksiyalarını yaxşılaşdırır, bağırsaqları təmizləyir və qəbizliklə mübarizə aparır.

İnsanın mədə-bağırsaq sistemində çoxlu miqdarda ziyanlı maddələr yığılır - onlardan bəziləri xaricdən orqanizmə düşür, bəziləri isə orqanizmdə əmələ gəlir. Bu maddələr orqanizmi daim zəhərləyir, müxtəlif orqan və sistemlərinin funksiyalarını pozur. İlk növbədə bu orqanizmin filtri olan qaraciyərə aiddir. Yulaf həlimi orqanizmdə illər ərzində yığılan ziyanlı maddələri xaric edir. Nəticədə insan özünü daha yaxşı və yüngül hiss etməyə başlayır. Bundan əlavə yulaf həlimi arıqlamağa da kömək edir.

Bu müalicəvi vasitəni hazırlamaq üçün bizə 1 stəkan təmizlənməmiş yulaf lazım olacaq. ("Herkules"dən istifadə olunmur.)

Yulaf təmizlənir, yaxşı yuyulur, axşamdan 1 l təmiz isti suda isladılır və otaq temperaturunda saxlanılır. 12 saatdan sonra yulaf bağlı qazanda çox zəif odun üzərinə qoyulur və 30 dəqiqə ərzində vam odda qaynadılır. Daha sonra həlim termosa tökülür və 3 saat ərzində dəmlənilir. Sonra həlimi yaxşı süzmək, toxumları isə sıxmaq lazımdır. Həlim hazırdır.

Həlim gündə 3 dəfə qida qəbulundan 30 dəqiqə əvvəl 1/2 stəkan həcmində qəbul edilir. Qəbul etdikdən əvvəl həlimə 1/2 çay qaşığı limon şirəsi və 1/2 çay qaşığı bal əlavə etmək lazımdır. Həlimi 2 ay ərzində qəbul etmək lazımdır. Daha sonra 1 ay fasilə verin və yenə təkrarlayın.

Milli.Az


Etiketlər:  Yulaf həlimi Qastrit qəbizlik qaraciyər xəstəliklərinin TƏBİİ DƏRMANI


RƏYLƏR