Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edirmiş - Reyd zamanı üzə çıxdı - VİDEO

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edirmiş - Reyd zamanı üzə çıxdı - VİDEO

Tarix: 17 Oktyabr 2021 10:48

Masallıda yol polisinin keçirdiyi reydlərdə bir sıra qanunsuzluqlar aşkar olunub.   Reydlər zamanı qanunsuz sərnişindaşıma ilə məşğul olanlar, eləcə də sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxslər aşkar ediliblər. Bundan əlavə ictimai nəqliyyatda karantin qaydalarına əməl etməyən, maska taxmayanlar da polisin hədəfində olub

Qanunsuz sərnişin daşıyan kim, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən kim...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Masallıda baş verə biləcək qəzaların qarşısının alınması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmini məqsədilə reyd keçirilib. Eləcə də, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində karantin qaydalarına əməl edilib-edilməməsi yoxlanıb. 

Reydlər zamanı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edən şəxs saxlanıb. 

Bu şəxs isə müvafiq fərqlənmə nişanı və lisenziyası olmadan sərnişindaşıma ilə məşğul olub

Qaydaları pozan sürücülər barəsində müvafiq tədbir görülüb

İctimai nəqliyyatda tibbi maskadan istifadə etməyənlər də polisin hədəfində olub.

Vurğulanıb ki, rayondaxili marşrutlarda sıxlığın yaranmaması, sərnişinlər arasında sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin təmin olunması məqsədilə yoxlamalar bundan sonra da davam etdiriləcək.

Milli.Az


Etiketlər:  Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edirmiş Reyd zamanı üzə çıxdı VİDEO


RƏYLƏR