Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlləri tez-tez yumağın zərəri açıqlandı

Əlləri tez-tez yumağın zərəri açıqlandı

Tarix: 17 Oktyabr 2021 14:33

Əllərinizi tez-tez yumaq dəriyə zərər verir və hətta gələcəkdə xərçəngin inkişafına da gətirib çıxara bilər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu xəbərdarlıqla tibb elmləri namizədi, dermatoloq İrina Skoroqudaeva çıxış edib.

Həkimin sözlərinə görə, sabun dərini zədələnmədən və zərərli elementlərin udulmasından qoruyan lipid təbəqəsini məhv edir.

"Sabunun tərkibində kifayət qədər sərt yuyucu maddələr var. Bunlar köpük yaradan maddələrdir. Yuyucu maddələr dəriyə zərər verir və bədən üçün arzuolunmaz mayenin orqanizmə keçməsinə səbəb olur. Ona görə dəridə olan qoruyucu səddi pozmaq tövsiyə edilmir", - deyə dermatoloq bildirib.

Dermatoloq yalnız buna əhtiyac yarananda əlləri yumağı məsləhət bilir.

Mütəxəssis həmçin sabunu seçərkən diqqətli olmağı, tərkibi təbii yağlardan ibarət sabunları almağı tövsiyə edir.


Etiketlər:  Əlləri yumağın zərəri açıqlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ