Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2019 02:28
“Bu qələbə mənim üçün Şimali İrlandiya yığmasında İngiltərə və İspaniyanı məğlub etdiyimiz oyunlar kimi yaxşı xatirədir”.
Qol.az xəbər verir ki, bu sözləri “Linfild”in baş məşqçisi David Hili Avropa Liqasının pley-off mərhələsinin ilk matçında “Qarabağ”ı məğlub etdikləri (3:2) oyundan sonra deyib.
40 yaşlı mütəxəssis komandasının çıxışından razı qalıb: “Futbolçularımın nəyə qadir olduğunu bilirəm. Ona görə də məni təəccübləndirmədilər. “Qarabağ”a qarşı oyunda qalib gəlmək inanılmazdır. Bir həftə sonra Bakıda oyunumuz var”.
Xatırladaq ki, "Qarabağ" - "Linfild" oyunu avqustun 29-daTofiq Bəhramov adına Repsublika stadionunda keçiriləcək.