Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aquero “Barsa”da ilk oyununa çıxa bilər

Aquero “Barsa”da ilk oyununa çıxa bilər

Tarix: 17 Oktyabr 2021 22:30

"Mançester Siti"dən "Barselona"ya transfer olunan hücumçu Serxio Aquero bu axşam katalon klubunun heyətində ilk oyununa çıxa bilər

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, La-Liqanın 9-cu turu çərçivəsində komandasının "Valensiya"ya qarşı keçirəcəyi oyunda heyətə daxil edilib.

Qeyd edək ki, argentinalı hələ bir dəfə də olsun "Barsa"nın rəsmi oyununda iştirak etməyib. Sonuncu dəfə o, iyulun 4-də Amerika Kubokunda Ekvadorla Argentinanın qarşılaşmasında meydanda olub. Avqustda isə futbolçu dizini zədələyib.

Milli.Az


Etiketlər:  Aquero Barsada ilk oyununa çıxa bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ