Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

A seriyasında 3-cü baş məşqçi istefası

A seriyasında 3-cü baş məşqçi istefası

Tarix: 18 Oktyabr 2021 01:44

"Salernitana" klubu baş məşqçisi Fabritsio Kastorini istefaya göndərib.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, buna səbəb komandanın A seriyasının ilk 8 turunda uğursuz çıxış etməsi olub.

Dünən "Speziya"ya da 1:2 hesabı ilə məğlub olan elitanın debütantı Kastori ilə yollarını ayırmaq qərarına gəlib. Bu, cari mövsüm A seriyasında üçüncü baş məşqçi istefası olub. Kastoriyə qədər Leonardo Sempliçi ("Kalyari") və Eusebio Di Françesko ("Verona") da vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Kastori ötən ilin yayında "Salernitana"nın baş məşqçi postuna təyin olunub. Komanda 1999-cu ildən sonra ilk dəfə məhz onun rəhbərliyi altında A seriyasına vəsiqə qazanıb. 8 turdan sonra isə debütant aktivindəki 4 xalla sonuncu pillədə qərarlaşır.


Etiketlər:  seriyasında baş məşqçi istefası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ