Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada uşaqlar arasında COVİD-19-a yoluxma intensivləşib

Rusiyada uşaqlar arasında COVİD-19-a yoluxma intensivləşib

Tarix: 28 Oktyabr 2021 21:22

Pandemiya dövründə Moskvada 200 minədək uşaq koronavirusa yoluxub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu paytaxt merinin müavini Anastasiya Rakova bildirib.

Rakova qeyd edib ki, son həftədə uşaqlar arasında gündə orta hesabla min yoluxma qeydə alınır. Halbuki, əvvəlki dövrdə ən pis halda 300 yoluxma qeydə alınırdı. Xəstəxanaya yerləşdirmə sayı isə 5 nəfər ətrafında olurdu. Hazırda xəstəxanadakı uşaqların yeddisi reanimasiyadadır. Koronavirusu 15-17 yaşlarında olan yeniyetmələr daha ağır keçirirlər. Ümumilikdə isə delta ştammı uşaqlar üçün digər variantlardan daha təhlükəlidir.


Etiketlər:  Rusiyada uşaqlar arasında COVİD yoluxma intensivləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ