Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2021 22:51
Rusiya səhiyyə nazirliyinin baş kardioloqu Sergey Boyçov ağciyər və sidik sistemi infeksiyası keçirənlərdə müalicədən sonrakı 1 ay ərzində insult olma riski yüksək olur.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, ağciyərlərdə infeksion xəstəliklərdən sonrakı 3 ayda infarkt və insult riski yüksək olur. Belə ki, bu xəstəliklər zamanı damarlar zədələnir, qan dövranı pozulur.
" Bu infeksion xəstəliklər damar sistemi üçün faciəvidir. Aşağı tənəffüs yollarının iltihabı, kəskin infeksiyası miokard infarktı və insult riskini düz 3 ay saxlayır. İltihab bütün gizli patofizioloji prosesləri kəskinləşdirir, bu da çox zaman letal sonluqla nəticələnir.
Ona görə də bu xəstələr 3 ay ərzində qan, ürək-damar sistemini nəzarətdə saxlamalıdır".