Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2021 23:12
Allergiya, kosmetik vasitələr, ağlamaq, yuxusuzluq və bir çox digər səbəblərdən gözdə şişkinlik əmələ gələ bilər.
Bəs bunun aradan qaldırılması üçün nə etmək lazımdır?
Buz
Səhər oyandığınız zaman 2 buz qəlibini göz qapağına 10 dəqiqə müddətində kompres edin.
Çay vannası:
Soyuk çay paketlərini gözünüzün üzərinə qoyun və 5-10 dəqiqə saxlayın.
Çiy kartof:
Çiy kartofu əzin və göz qapaqlarının üzərində 15 dəqiqə saxlayıb ilıq su ilə durulayın.
Süd:
Soyuq südə batırılmış pambığı göz qapağına sürtüb 10 dəqiqə gözləyin.
Xiyar:
Xüsusilə yorğunluqla bağlı göz şişkinlikləri zamanı incə bir dilim xiyarı göz qapağının üzərinə qoyub 10-15 dəqiqə saxlayın.
Metal qaşıq:
Metal qaşığı göz qapağına yüngülcə qoyub biraz gözləyin. Bu üsul qan dövranını sürətləndirir və gözləri rahatladır.