Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2021 10:02
"Mərdomsalari" partiyasının baş katibi Mustafa Kəvakibian deyib: "Əgər hiss etsək ki, İsrail rejiminin Azərbaycandakı bazası İran əleyhinə işləyir, biz mütləq həssas mövqe tutacağıq".
Sonxeber.net xəbər verir ki, Mustafa Kəvakibian bu gün İran Daxili İşlər Nazirliyi yanında Partiyalar Evində baş tutan iclasdakı çıxışında deyib ki, əgər Azərbaycan İsrail ilə yaxınlaşmaq istəyirsə yaxınlaşsın, ancaq əgər İsrail rejiminin Azərbaycandakı bazası İrana qarşı fəaliyyət göstərərsə, o zaman biz buna kəskin mövqe nümayiş etdirəcəyik.
Qeyd edək ki, bir yandan İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan və İran arasındakı bütün problemləri həll etdiklərini deyərkən, başqa bir yandan isə İran rəsmiləri öz millət vəkilləri, hərbçiləri, siyasi "ekspertləri və təhlilçiləri" vasitəsi ilə guya İsrailin Azərbaycanda bazasının olması və İrana qarşı fəaliyyət göstərməsi kimi əsassız fikirlər söyləməyə davam edirlər.