Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2021 10:48
Rusiyanın Avropada qaz böhranına səbəb olması ilə bağlı ittihamlar cəfəngiyyatdır, Rusiya şirkətləri və Rusiya heç vaxt müqavilə öhdəliklərini pozmayıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki,bu açıqlama ilə Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov çıxış edib.
"Bu gün biz Avropada qazın qiymətinin görünməmiş şəkildə bahalaşmasının şahidi oluruq. Və yenə də Rusiyaya qarşı ittihamları görürük. Onlar deyirlər ki, "Qazprom" bu böhranı süni şəkildə təhrik edir. Eyni zamanda, qəbul edirlər ki, Rusiya və rus şirkətləri heç vaxt müqavilə öhdəliklərini pozmayıblar", - səfir söyləyib.
O bildirib ki, Avropa Rusiyadan qaz kəmərlərinin tikintisini nəinki qəsdən gecikdirib, həm də özü də qaz qiymətlərinin spot bazarla əlaqələndirilməsini müdafiə edib.