Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbolçu oyun zamanı infarkt keçirdi

Futbolçu oyun zamanı infarkt keçirdi

Tarix: 29 Oktyabr 2021 13:58

Avstriya kuboku matçında xoşagəlməz hadisə yaşanıb.

Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, "Linz"in futbolçusu Rafael Dvamen 1/8 final mərhələsində "Hartberq"lə oyun zamanı huşunu itirib.

Hücumçunun infarkt keçirdiyi bildirilib. Ağırlaşma zamanı oyunçunun ötən il yenidən quraşdırılan implantasiya edilmiş defibrilator işə salınıb.

Qanalı futbolçu daha əvvəl ürəyindəki problemlərə görə karyerasını bitirmişdi. O, 2019-cu ilin oktyabrından bir il müddətinə sıradan çıxmışdı.

Qeyd edək ki, 2017-ci ildə ürək aritmiyasının olduğunu aşkarlanan Rafael Dvamenin həmin vaxt "Brayton"a keçidi məhz bu üzdən baş tutmayıb.


Etiketlər:  Futbolçu oyun zamanı infarkt keçirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ