Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2021 17:10
Türkiyədə ilk dəfə virtual reallıq texnologiyasından istifadə olunaraq lentə alınan "Zoraki misafir" komediya filminin ötən axşam qalası gerçəkləşib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ekran işinin baş rollarından birini canlandıran Uğur Yücel gecəyə qatılmayıb.
Tədbirdə kameralara tuş gələn məşhurlardan biri də azərbaycanlı aktrisa Nəsrin Cavadzadə olub. O, anası Fəridə xanımla görüntülənib. Yerli mediaya verdiyi müsahibədə anası Nəsrinin "Yasak elma"da canlandırdığı Şahika obrazını bəyəndiyini və bu rolun fenomenə çevrildiyini açıqlayıb. O, qızının real həyatda tam əksi - sakit biri olduğunu, lakin daxilində aslan yatdığını diqqətə çatdırıb.
Növbəti dəfə aktyor sevgilisi Gökhan Alkanla toy tarixlərinin nə zaman olacağına dair suala isə Nəsrin "Bu işlər qismətdir" deyə, cavab verib.
Qalada diqqət çəkən məqamlar arasında filmdə rol alan aktrisa Sera Tokdemirin taxdığı üzüklər olub. Hər biri dəyəri 100 min lirə olaraq qiymərləndirilən aksesuarları gecənin ən çox danışılanları arasında olub.
Qalaya tək qatılan Mustafa Üstündağ isə kostyumunu ilk dişindən hazırlatdığı üzüyü və oğlunun dənizdən çıxartdığı daşdan dizayn edilən boyunbağısı obyektivlərə tuş gəlib.
Qeyd edək ki, ekran işinin baş rollarda Uğur Yücel, Mustafa Üstündağ, Murat Akkoyunlu, Sera Tokdemir, Ayşe Kökçü və Gürgen Özün kimi adlar yer alıb. Filmin prodüseri isə əslən azərbaycanlı olan Müşviq Quluzadədir.