Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2021 21:38
Ermənistanda koronavirusa yoluxmuş bir aylıq uşaq ölüb.
Sonxeber.net xəbər verir ki, İrəvan Dövlət Tibb Universitetindən bildirilib ki, uşaq universitetin "Muratsan" xəstəxanasının reanimasiya şöbəsinə oktyabrın 19-da daxil olub.
Koronavirus infeksiyasına yoluxmuş uşaq oktyabrın 26-da süni tənəffüs aparatına qoşulub.
Müdaxilələrə baxmayaraq, uşağı xilas etmək mümkün olmayıb. /medicina.az