Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PSJ-dən əzmkar qələbə - VİDEO

PSJ-dən əzmkar qələbə - VİDEO

Tarix: 30 Oktyabr 2021 14:06

Fransa Liqa 1-də XII turun açılış oyunu PSJ və "Lill" komandaları arasında keçirilib.

Parisdəki "Park de Prens" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hesabı 31-ci dəqiqədə qonaq komandadan Conatan Devid açıb. O, türkiyəli hücumçu Burak Yılmazın ötürməsini qola çevirib.

Fasilədən sonra PSJ argentinalı yarımmüdafiəçi Anxel Di Mariyanın sayəsində dönüş etməyi bacarıb. 78-ci dəqiqədə Markinyosun fərqlənməsinə şərait yaradan Di Mariya 88-ci dəqiqədə Neymarın ötürməsindən sonra qələbə topunu vurub.


Etiketlər:  dən əzmkar qələbə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ