Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2021 21:38
Üzdəki məsamələrin çoxalması insanın yaşlı görünməyinə, kirin məsamələrdə yığılmağına, dərinin nəfəs almamasına, makiyajın üzdə hamar qalmamasına səbəb olur.
Sonxeber.net axşam.az-a istinadən ev şaraitində məsamələri kiçiltməyə yardımçı olan maskanı təqdim edir.
Tərkibi:
1 yumurta ağı
1 xörək qaşığı rəndələnmiş yerkökü
1 çay qaşığı aloe vera geli
Yumurta ağını yerkökü və aloe vera ilə köpüklənənə qədər çalın. Maskanı üzünüzlə yanaşı, əllərinizə, boynunuza çəkə bilərsiniz. Maska dərinizdə ən azı 15-30 dəqiqə qalmalıdır. Quruduqca dərinizi necə sıxdığını hiss edəcəksiniz. Maskanı ilıq su ilə təmizləyin.