Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

12 saatlıq canlı yayımda1.7 milyard dollarlıq məhsul satdı

12 saatlıq canlı yayımda1.7 milyard dollarlıq məhsul satdı

Tarix: 30 Oktyabr 2021 23:12

"Lipstick King" ləqəbi ilə tanınan məşhur çinli streamer Austin Li Jiaqi canlı yayım vasitəsilə 12 saat ərzində ümumi dəyəri 1.7 milyard dollar olan müxtəlif növ məhsullar satıb. Çindən olan məşhur streamer 20 oktyabr tarixində Taobao adlı online ticarət tətbiqi üzərindən məhsul sataraq ümumilikdə 1.7 milyard dollar vəsait qazanıb. Onun sözlərinə əsasən 12 saat ərzində aparılmış canlı yayıma 250 milyona yaxın insan baxıb. Qeyd etmək lazımdır ki, adətən Alibaba şirkəti satış göstəriciləri barəsində məlumatı təqdim etmir.

Sözügedən unikal satış göstəriciləri barəsində məlumatı Hongren Dianji adlı analitik şirkət təqdim edib. Viya ləqəbli digər bir streamer isə 12 saatlıq canlı yayım nəticəsində ümumi dəyəri 1.25 milyard dollar olan müxtəlif növ məhsullar sata bilib. Qeyd etmək lazımdır ki, keçən ilk Double 11 (11.11) endirimləri zamanı Çindən olan ticarət platformalarındakı ümumi satışlar 115 milyard dollar təşkil etmişdi. Bu isə Black Friday endirimləri zamanı Amazon-da olan satış göstəricilərindən 24 dəfə çoxdur. Lakin onu da qeyd etmək lazımıdr ki, Çində endirimli alış-verişlər demək olar 1 ay ərzində davam edir.


Etiketlər:  saatlıq canlı yayımda17 milyard dollarlıq məhsul satdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ