Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2021 10:50
Ermənistanda peyvənd olunmayan vətəndaşların dekabrın 1-dən koronavirusdan öz vəsaitləri hesabına müalicə olunacaqları istisna edilmir.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Qeyri-infeksion xəstəliklər və xəstəxanadaxili infeksiyaların epidemiologiyası şöbəsinin müdiri Romela Abovyan hökumətin mətbuat xidmətinə müsahibəsində bildirib.
"İstisna edilmir ki, peyvənd olunmayan vətəndaşlar dekabrın 1-dən etibarən koronavirusdan öz vəsaitləri hesabına müalicə olunsunlar. Beynəlxalq şirkətlərin qeyd etdiyi kimi, digər ölkələrin təcrübəsi də peyvəndin bu xəstəliyə qarşı mübarizənin ən təsirli vasitəsi olduğunu göstərir", - o deyib.
Abovyan qeyd edib ki, Ermənistan lokdaun məsələsi hələ müzakirə olunmur. "Digər ölkələrin təcrübəsinin öyrənilməsi nəticəsində məlum olub ki, indiki məhdudiyyətlər daha effektivdir", - Səhiyyə Nazirliyinin rəsmisi vurğulayıb.