Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2021 11:24
Futbol üzrə İspaniya La Liqasının 11-ci turunda "Barselona" evdə "Deportivo Alaves"lə bacarmayıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, görüş 1:1 hesabı ilə başa çatıb.
Oyunda "Barselona"dan Memfis Depay(49-cu dəqiqədə) qonaqlardan isə Luis Rioxa(52-ci dəqiqədə) fərqlənib.
Qeyd edək ki, "Barselona" hazırda turnir cədvəlində 16 xalla doqquzuncu sırada qərarlaşıb.
Bu Kataloniya klubunun son 18 il ərzində göstərdiyi ən aşağı nəticədir.
Əlavə edək ki, "Barselona" bu ay İspaniya çempionatında beş oyun keçirib və cəmi bir dəfə qələbə qazanıb, üç dəfə isə məğlub olub.