Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son 2 ildə yazılan bu cərimələriniz silinə bilər - Komissiya üzvü AÇIQLADI

Son 2 ildə yazılan bu cərimələriniz silinə bilər - Komissiya üzvü AÇIQLADI

Tarix: 1 Noyabr 2021 12:52

"8 Noyabr Zəfər günü ilə əlaqədar amnistiya aktının qəbul edilməsi gündəmdədir və bu amnistiya aktı həm də fərqli xüsusiyyətləri ilə yadda qala bilər".

Bunu Sonxeber.net-a açıqlamasında Əfv Məsələləri Komissiyanın üzvü Əliməmməd Nuriyev deyib.

O bildirib ki, amnistiya aktı qəbul edilərsə, ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin də cəzasının azaldılması nəzərə alınmalıdır:

"Ənənəvi olaraq amnistiya aktlarında böyük ictimai təhlükə törətməyən şəxslər və yaxud da ki, az ağır cinayətlərə görə məhkum edilmiş şəxslərin amnistiyaya düşmək ehtimalı hər zaman yüksək olub. Amma düşünürəm ki, amnistiya aktı ümumi bir bağışlama, əfv olduğu üçün hər kəsə bundan bir pay düşməsi yaxşı olardı. Xüsusilə də ağır cinayətlərə görə məhkum olunmuş, ehtiyatsızlıq üzündən məhkum olunmuş şəxslərin də bu amnistiya aktına düşməsi imkanları axtarılmalıdır. Xüsusilə də o şəxslər ki, ağır cinayət törədib, heç olmasa onların cəzasının 6 ay, 1 il müddətinə azaldılması çox əhəmiyyət kəsb edir. 

Bu amnistiya aktının qəbul edilməsi cəzadan, cinayət məsuliyyətindən azad etməklə yanaşı, həmçinin əlavə cəzalardan azad edilməyə gətirib çıxara bilər. Burada əlbəttə ki, terrorçuların, vətənə xəyanət etmiş şəxslərin, narkotik maddələrlə bağlı məsuliyyətə cəlb edilmiş şəxslər, eyni zamanda zorlama əməllərinə məhkumluq həyatı yaşayanlar amnistiya aktına düşə bilməz, düşməməlidir və heç zaman düşməyib, bu da başa düşüləndir. 

Amnistiya ilə bağlı qərarı bir az da geniş götürmək olar. Bu, COVİD-19 pandemiyası zamanı inzibati xətalara görə cərimə olunmuş şəxslərin əgər cərimələri hələ də ödənilməyibsə, o cərimə məbləğlərindən azad edilməsi də amnsitiya aktında ayrıca bir şəkildə yer ala bilər. Bu da çox əhəmiyyətlidir, çünki əlbəttə ki, COVİD-19-la bağlı məhdudiyyətlərin daxil edilməsi və bu sərt qaydaların müəyyənləşdirilməsi üçün çox vacib idi. Bu, insan həyatı, insanın sağlamlığı ilə bağlı idi ki, dövlət də bunun qayğısına qalmalı idi və bu qaydalar müəyyənləşdirilməli idi, həmin qaydaları pozan şəxslərə də intizam xətaları tətbiq olunmalı idi. Amma indi bəzilərinin bu cərimələri hələ də ödəməməsi problemi qalır. Bu da onların sosial vəziyyəti ilə, maddi durumları ilə bağlıdır. Mənə elə gəlir ki, dövlət həm də amnistiya aktında bunu da nəzərə alsa, - o şəxslər ki, amnistiya aktı qəbul edilənə kimi cərimələrini ödəməyiblərsə və yaxud da ki, məsuliyyətə cəlb ediliblərsə, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində qaydalara zidd hərəkət etdiklərinə görə tətbiq edilən cərimə sanksiyalarından da azad edilsə, çox yaxşı bir hal ola bilər. Ümid edirəm ki, əgər amnistiya aktı müzakirə olunarsa, bu da aidiyyatı orqan tərəfindən nəzərə alınar". 

Təhməz Əsədov


Etiketlər:  ildə yazılan cərimələriniz silinə bilər Komissiya üzvü AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ