Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2021 16:10
Aparıcı Sevil Nuriyeva sosial media hesabında onun adıyla bağlı yayılan fotoya münasibət bildirib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, 2018-ci ildə həyat yoldaşı, iş adamı Etimad İsmayılovu itirən sənətçi yayılan bir görüntüdə onun rəqs etdiyini idda edənlərə cavab verib:
"Başqasına aid fotoları paylaşanlara alət olmaq istəməzdim, amma arxadakı qadını mənə bənzədənlər olub, Azərbaycandan belə suallar verirdilər deyə cavablandırıram. Düzü, mən də özümə bənzətdim. Lakin bu qədərini deyim: həyat yoldaşımın acısını və yasını daşıyarkən rəqs etməklə yanaşı, öz bacım oğlunun toyu da daxil, heç bir əyləncəyə qatılmamışam, qatılmıram".
Qeyd edək ki, E.İsmayılov İstanbulun Bakırköy ərazisində ofisində silahlı hücumla öldürülmüşdü. O, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu idi.