Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2021 20:18
Məktəbli qız valideynlərinin qorxusundan Moskvanın mərkəzində zorlanmaya məruz qaldığı barədə yalan uydurub. Bəlli olub ki, dostları ilə görüşdükdən sonra evə sərxoş qayıtmaqdan qorxduğundan belə bir yalan uydurub.
Sonxeber.net xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb. Telegram kanalının məlumatına görə, qız rəfiqələri ilə içib sərxoş olduğundan telefonu söndürüb evə getməmək qərarına gəlib. Evə gələndə valideynlərinə zorlama barədə danışıb - onun versiyasına görə, maskalı və tünd paltarda olan Asiya görünüşlü bir kişi ona hücum edib. Valideynləri də bu barədə dərhal polisə məlumat veriblər. Polis də bütün CCTV kameralarına baxıb və "qurban"ın hekayəsinin uydurma olduğunu anlayıb. O, ifadəsində israr etməyə davam etsə də, sonda bunu etiraf edib.
Anar Əli