Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bolqarıstanda koronavirusa yoluxma halları artıq hər 100 min nəfərə 895-dir

Bolqarıstanda koronavirusa yoluxma halları artıq hər 100 min nəfərə 895-dir

Tarix: 1 Noyabr 2021 22:52

Bolqarıstanda COVID-19-a yoluxma halları artıq 100 min əhaliyə 895 nəfər təşkil edir. Bundan sonra Sofiya bölgəsi də "tünd qırmızı zona"ya aid edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ölkənin yeddi rayonunda xəstələnmə hər 100 min nəfərə min nəfərdən çoxdur.

Bolqarıstanda son 7 gündə əvvəlki həftə ilə müqayisədə koronavirusa yoluxmada 15 faiz artım müşahidə olunub. Bununla belə, rəqəmlər göstərir ki, xəstələnmə sürəti azalır. Yeni halların sayında azalma olarsa, bu, dördüncü dalğanın pik həddinin keçdiyini təsdiqləyəcək.

Həftənin sonuna kimi bu tendensiyanın davam edib-etməyəcəyi, ölkədə hər 100 min nəfərə 1 nəfərin yoluxma limitinin keçib-keçilməyəcəyi bəlli olacaq.


Etiketlər:  Bolqarıstanda koronavirusa yoluxma halları artıq hər nəfərə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ