Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəstəxanada pasiyentlər niyə sanitar qovşaqdan keçirlər? - Baş həkim danışdı - VİDEO

Xəstəxanada pasiyentlər niyə sanitar qovşaqdan keçirlər? - Baş həkim danışdı - VİDEO

Tarix: 2 Noyabr 2021 12:54

Sosial şəbəkələrdə Yevlax şəhər Mərkəzi Xəstəxanası ilə bağlı görüntülər yayıldı. Həkimə gedən və həmin kadrları çəkən vətəndaşın sözlərinə görə qəbula düşmək üçün sanitar qovşaqdan keçmək lazımdır. Həkimin yanında pasient olsa, məcbur olub ya bayırda, ya da sanitar qovşaqda gözləmək lazımdır. Xəstəxananın baş həkimi məsələyə münasibət bildirib.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan bu görüntülər çaşqınlığa səbəb olub. Həkim qəbuluna düşmək istəyən şəxs əvvəlcə sanitar qovşağa daxil olmalıdır. 

Görüntülər Yevlax şəhər Mərkəzi Xəstəxansında çəkilib.

Əməkdaşlarımız sözügedən videonun çəkildiyi Yevlax xəstəxanasında olublar. Xəstəxananın baş həkimi Gülağa Əzizov insanların təəccübünə səbəb olan görüntülərə münasibət bildirib.

Həkim əlavə edib ki, göstərilən xidmətlər normativlər daxilindədir.


Etiketlər:  Xəstəxanada pasiyentlər niyə sanitar qovşaqdan keçirlər Baş həkim danışdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ