Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 21:33
Barmaqlarınızı sıxın... Həm bədəniniz, həm də ruhunuz rahatlansın...
Qədim dövrlərdən bu yana əksər insanlar bədəndəki bütün ağrıların bədən daxilindəki qeyri-ahəngdarlıqdan qaynaqlandığına inanıblar. Siz düzgün qidalanmırsınız, siqaret çəkirsiniz, alkoqollu içkilər qəbul edirsiniz və neqativ düşünürsünüz... Cim Şin Citsu - qədim yapon müalicə praktikası bu ahəngdarlığın bərpası üçün müəyyən nöqtələrdən istifadə edir. Bu nöqtələrə təzyiq etməklə orqanizmdə yenidən ahəngdarlıq yaranır və ağrılar yox olur.
Verilmiş şəkilə diqqətlə baxın. Ağrı yarandıqda hansı nöqtələrə təzyiq etmək lazım olduğunu yadınızda saxlayın və bu zaman həmin ağrı tez keçəcək və sizi daha az narahat edəcək. Bunun üçün hər iki əlin barmaqları münasibdir.
Baş barmağa təzyiq edilərsə...
Bununla siz mədə və dalağınıza ahəngdarlıq gətirmiş olarsınız. Bundan əlavə, baş barmağa təzyiq əsəbilik, narahatlıq və depressiyanın digər bu kimi əlamətlərini aradan qaldırır. Dərinizdə ağrı hiss edirsiniz? Başınız ağrıyır? Qarnınızda ağrı var? Xroniki yorğunluq?.. Tez-tez baş barmağa təzyiq edin.
Şəhadət barmağa təzyiq edilərsə...
Bu barmağa təzyiq etməklə böyrəkləriniz və sidik kisənizə ahəngdarlıq qatmış olarsınız. Bu, qorxu hissini və əzələ spazmlarını, bel və diş ağrılarını, həmçinin həzm traktı sahəsində ağrıları aradan qaldırır.
Orta barmağa təzyiq edilərsə...
Bu, qaraciyər və əsəb sisteminin fəaliyyətində ahəngdarlıq yaradır. Orta barmağa təzyiq sizə qəzəb və özünə inanmama hissləri ilə mübarizədə yardımçı olacaq. Bunu müntəzəm olaraq təkrar etsəniz, bu yolla ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdıra, menstrual ağrıları azalda, görmə qabiliyyətini yaxşılaşdıra bilər və başağrılarından qismən qurtula bilərsiniz.
Adsız barmağa təzyiq edilərsə...
Bu yolla siz ağciyərləriniz və həzm orqanlarınıza ahəngdarlıq bəxş etmiş olarsınız. Bu barmağa təzyiq sizi panika tutmalarından (panik atak), qulaqlardakı cingiltidən və tənəffüs problemlərindən xilas edər.
Sərçə barmağa təzyiq edilərsə...
Bununla siz ürəyinizin ahəngdarlığını bərpa etmiş olarsınız. Tez-tez bu barmağa təzyiq etsəniz, həyəcan, yalnızlıq və gərginlik hissləri yox olmağa başlayacaq. Qəlbinizdə rahatlıq və azadlıq hissləri yaranacaq. Bundan əlavə bu yolla boğazda ağrını azaltmaq və sümükləri möhkəmləndirmək də mümkündür.
Bu üsula inanılması çətin olsa da, sınaqdan keçirmək heç də çətin deyil. Sınayın...