Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnsan faktoru: iddia və davranış

İnsan faktoru: iddia və davranış

Tarix: 2 Noyabr 2021 22:10

Yenə də insan faktoru...
Fasiq - dünyası üçün hər nə edirsə, anlaşılandır.
İnanclı - axı iddialıdır...
İddialıdır ki, Allaha bəndə olmaq istəyir...
Zənnimcə, müsəlman toplumlarınn böhranının səbəbi - bu tipli şəxsiyyət ikiləşməsindədir. Yəni, iddialı olub, əməldə iddiadan fərqli davranış sərgiləməsində.
Elə ona görədir ki, inanclıdır, amma üzərinə düşən vəzifəni yerinə yetirmir. Ailədə də, işdə də, ictimai həyatda da, təhsildə də.
Nə zaman ki, bu iddia və davranış vəhdət və bütövlük təşkil edir - o zaman Çamranlar, Musa Sədrlər, Bintul-Hudalar, Seyyid Həsən Nəsrullahlar fenomeni yaranır.
Allah sənə qəni-qəni rəhmət eləsin, İmam (r.ə.). Şəhid Mütəhhərilər meyvələrini ərsəyə gətirən böyük İnsan.
Əlamətdardır ki, İslami paradiqma üzərində iddia və davranışın konseptual bütövlüyü yaradılananda, böyük sıçrayış olur. İntibah yaşanır.
Əksinə, bu bütövlük hasil olunmayanda, cılız, parodik, natamam bir nəsnə meydana çıxır. Bunu anlayan gərək. Yaşadan gərək. Anlayaraq, yaşadaraq, anladan gərək.

Milli.Az


Etiketlər:  İnsan faktoru iddia davranış


RƏYLƏR