Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Whatsapp-da yenilik: Səsli mesajları göndərməzdən əvvəl..

Whatsapp-da yenilik: Səsli mesajları göndərməzdən əvvəl..

Tarix: 2 Noyabr 2021 22:58

Bir çox Whatsapp istifadəçisi yazmaqdansa səsli mesaj göndərməyə üstünlük verir. Ancaq bəzən dediklərindən peşman olub, mesajı ləğv etmək istəyirlər. Bu halda mesajı göndərməzdən əvvəl onu dinləməkdə fayda var.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Whatsapp bu yaxınlarda tətbiqin ən son beta versiyası "v2.21.22.6"da  səsli mesajla bağlı yenilik edib.      

Belə ki, istifadəçilər səs yazarkən artıq onu göndərməzdən əvvəl dinləyə biləcəklər. Bunun üçün "səsli mesaja baxış" funksiyası istifadəyə verilib.

Milli.Az


Etiketlər:  Whatsapp da yenilik Səsli mesajları göndərməzdən əvvəl


RƏYLƏR