Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2019 17:36
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Qol.az xəbər verir ki, paytaxt klubu rəsmi saytı vasitəsi ilə 21 yaşlı yarımmüdafiəçi Ozan Can Kökçü ilə 2 illik müqavilə bağladığını açıqlayıb.
Gənc futbolçu peşəkar karyerası ərzində Hollandiyanın “Valveyk”, Türkiyənin “Bursaspor” və “Girəsunspor” klublarında oynayıb.
Ozan Can Azərbaycanın U-21 millisində də çıxış edib.