Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Facebook” bir milyarddan çox insanın məlumatlarını siləcək

“Facebook” bir milyarddan çox insanın məlumatlarını siləcək

Tarix: 3 Noyabr 2021 10:40

"Facebook" üztanıma sistemindən imtina edəcək.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Meta" (keçmiş "Facebook") şirkəti rəhbərinin süni intellekt məsələləri üzrə müavini Jerom Pesenti məlumat verib.

O, artıq üztanıma funksiyasından istifadə edənlərin foto və videolarda avtomatik olaraq tanınmayacağını bildirib.

Pesentinin sözlərinə görə, bir milyarddan çox insanın müvafiq məlumatları silinəcək. Lakin buna baxmayaraq, üztanıma texnologiyasının təkmiləşdirilməsi üzərində aparılan işlər davam etdiriləcək.


Etiketlər:  Facebook milyarddan çox insanın məlumatlarını siləcək


RƏYLƏR