Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Əfqan Səfərov yad edildi - VİDEO

Şəhid Əfqan Səfərov yad edildi - VİDEO

Tarix: 3 Noyabr 2021 15:04

Qəhrəmanın adına doğulduğu kənddə bulaq inşa olunub

Şəhid Əfqan Səfərovun ali məqama ucalmasından-şəhadətindən bir il ötüb.

Əfqan Səfərov 1997-ci il martın 8-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. Müharibə başlamazdan əvvəl paytaxtda tikinti sektorunda çalışırdı. Müharibə başlayanda o da vətən eşqi ilə cəbhəyə yollanır. Əfqan Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycanın əzəli torpaqlarının azadlığı uğrunda başlanan döyüşlərə atılır. Vətən müharibəsi zamanı əvvəlcə Füzuli, sonra isə Qubadlının azadlığı uğrunda candan əziz saydığı torpağa canını sipər edir.

Oktyabr ayının 26-da Vətəninin qəhrəman oğlu Əfqan Səfərov adını dəyişərək Şəhid Əfqan Səfərov olur. O, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsini fəth edir. Oktyabrın 30-da boya-başa çatdığı Həsənsu kəndində dəfn olunub. Bugün Həmin kənddə şəhidimizin adına bulaq komleksinin açılışı olub.

Döyüş yoldaşı da Əfqanın cəsurluğundan, qorxmazlığından danışıb.

Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ali məqamın-şəhadətin mübarək, elinin igid oğlu.


Etiketlər:  Şəhid Əfqan Səfərov edildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ