Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çempionlar Liqası: “Real” qalib gəldi, “Milan” xal itirdi

Çempionlar Liqası: “Real” qalib gəldi, “Milan” xal itirdi

Tarix: 4 Noyabr 2021 00:02

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulacaq. Milli.Az matc.az-a istinadən bildirir ki, ikinci oyun günündə dörd qrup üzrə daha 8 qarşılaşma keçiriləcək.

A qrupunda "Mançester Siti" "Brügge"ni, "Leyptsiq" isə PSJ-ni sınağa çəkəcək.
 
B qrupunda günün ilk matçı İtaliyada "Milan"la "Portu" arasında olacaq. Digər görüşdə "Liverpul" evdə Madrid "Atletiko"su ilə qarşılaşacaq.
 
C qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Portuqaliyada "Sportinq"in qonağı olacaq. İstanbul klubu bu oyunda uduzsa, qrupdan çıxmaq şanslarını itirəcək. Qrupun digər matçında Dortmund "Borussiya"sı "Ayaks"ı qəbul edəcək. Qonaqlar qalib gələcəyi təqdirdə növbəti mərhələyə adlayacaqlar.
 
D qrupunda "Real" evdə Donetsk "Şaxtyor"u, "Şerif" isə "İnter"lə üz-üzə gələcək.
 
Xatırladaq ki, ötən gün baş tutan oyunlardan sonra Almaniyanın "Bayern" və İtaliyanın "Yuventus" klubları pley-offa vəsiqəni təmin ediblər.
 
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 4-cü tur
3 noyabr
 
A qrupu
 
00:00. "Mançester Siti" (İngiltərə) - "Brügge" (Belçika)
00:00. "Leyptsiq" (Almaniya) - PSJ (Fransa)
 
Xal durumu: PSJ - 7, Mançester Siti - 6, Brügge - 4, Leyptsiq - 0.
 
B qrupu
 
"Milan" (İtaliya) - "Portu" (Portuqaliya) 1:1
Qol: Mbemba, 61-öz qapısına - L.Dias, 6.
 
00:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya)
 
Xal durumu: Liverpul - 9, Atletiko - 4, Portu - 4, Milan - 0
 
C qrupu
 
00:00. "Sportinq" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə)
00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Ayaks" (Niderland)
 
Xal durumu: Ayaks - 9, Borussiya - 6, Sportinq - 3, Beşiktaş - 0.
 
D qrupu
 
"Real" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) 2:1
Qol: Benzema, 14; 61 - Fernando, 39.
 
00:00. "Şerif" (Moldova) - "İnter" (İtaliya)
 
Xal durumu: Şerif - 6, Real - 6, İnter - 4, Şaxtyor - 1.

Milli.Az


Etiketlər:  Çempionlar Liqası Real qalib gəldi Milan xal itirdi


RƏYLƏR