Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bizi xərçəngdən qoruyan 7 məhsul

Bizi xərçəngdən qoruyan 7 məhsul

Tarix: 4 Noyabr 2021 03:06

Onkoloji xəstəliklər bütün dünyada ölümün 2-ci ən yayılmış səbəbi sayılır. 1-ci yer ürək-damar sistemi xəstəliklərinə məxsusdur.

Həkimlərin araşdırmalarına görə bəzi qida məhsulları insanları xərçəngdən qorumaq qabiliyyətinə malikdir.

Bu qidalar arasında:

- Pomidor

Araşdırmalara görə, pomidorun tərkibində olan "likopin" maddəsi xərçəngəleyhinə təsirə malikdir.

- Kələm (ağ kələm, gül kələmi, brüssel kələmi və s.)

Kələmin istənilən növlərində olan bəzi maddələr yoğun bağırsaq, süd vəziləri, ağ ciyər xərçənginin inkişafının qarşısını alır.

- Sarıkök

Bu ədviyyat xərçəng xəstəliyinin profilaktik vasitəsi sayılır.

- Yaşıl çay

Yaşıl çay bir çox xərçəng xəstəliklərinin profilaktikası sayılır. Xüsusilə bu düz bağırsaq, qara ciyər, prostat və süd vəziləri xərçənginə aiddir.

- Çiyələk və moruq

Bu dadlı giləmeyvələrin tərkibində turşular var ki, bu turşular xərçəng hüceyrələrinin çoxalmasına mane olur, xərçəngə səbəb olan maddələrlə mübarizə aparır.

- Üzüm

Üzümün qırmızı və qara növlərində xüsusi maddə "resveratrol" var ki, bu maddə xərçəng xəstəliyinin inkişafına mane olur.

- Adi su

Adi təmiz içməli su xərçəng xəstəliyinin inkişafına mane olur. Su orqanizmdə yığılan və xərçəng xəstəliklərinin inkişafına təkan verə bilən ziyznlı maddələri orqanizmdən yuyub aparır. Hər gün kifayət qədər təmiz su için.


Etiketlər:  Bizi xərçəngdən qoruyan məhsul


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ