Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2019 21:40
Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar avqustun 27-də Moskvada keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
D.Peskov deyib: "Danışıqlar Moskvada keçiriləcək".
Qeyd edək ki, bu gün iki dövlət başçısı arasında telefon danışığı keçirilib.
Həmin danışıq zamanı prezidentlər Suriyada İdlib de-eskalasiya zonasından yaranan terror təhlükəsinin aradan qaldırılması üçün səylərin artırılması barədə razılığa gəliblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin