Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2021 16:50
Yenicə ikinci dəfə ailə quran Əməkdar artist Nigar Şabanova soyadını dəyişib.
Sonxeber.net Lent.az-a istinadən xəbər verir ki, ifaçı bundan sonra Şabanova yox, Qaragözova soyadı ilə təqdim olunmasını istəyir. Müğənni artıq qızlıq soyadından imtina etdiyini sosial şəbəkədə bildirib. O, "Instagram"da da Qaragözova soyadını qeyd edib.
Qeyd edək ki, Nigar Xüsusi Təyinatlı Qüvvələrin giziri ilə evlənib. O, oktyabrın 20-də özünə toy etmək istəsə də, sonradan fikrindən daşınmışdı. Olar toysuz nikaha daxil olduqlarını açıqlayıblar.