Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərxan Əliyev dünya çempionatının bürünc medalını qazanıb

Sərxan Əliyev dünya çempionatının bürünc medalını qazanıb

Tarix: 5 Noyabr 2021 07:30

Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında növbəti medalını qazanıb.

Milli.Az-ın Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, komandamızın aktivinə ikinci bürünc medalı Sərxan Əliyev (71 kq) əlavə edib.

İlk 3 mərhələdə Stefen Nevns (Şotlandiya), Yuta Akiyama və Obed Bartiyə (ABŞ) qalib gələn həmyerlimiz yarımfinalda ukraynalı Yuri Zaxariyevlə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatdığından S.Əliyev bürünc medalla kifayətlənib. Ondan əvvəl yığmamızın üzvü Məhəmməd Abdullayev (+92 kq) də mundialı 3-cü pillədə başa vurub.

Qeyd edək ki, Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edir.

Milli.Az


Etiketlər:  Sərxan Əliyev dünya çempionatının bürünc medalını qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ