Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Z.Məmmədovun anım günü idi - VİDEO

Şəhid Z.Məmmədovun anım günü idi - VİDEO

Tarix: 5 Noyabr 2021 13:36

Vətən müharibəsi şəhidi Zəbiyulla Məmmədovun məzarı ziyarət edildi

Dünən 44 günlük Vətən Müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan Zəbiyulla Məmmədovun anım günü idi. Ailəsi, yaxınları, döyüş yoldaşları, məktəbli uşaqlar Zəbiyullanın Maştağa kəndi Şəhidlər Xiyabanındakı məzarı başında ruhuna dualar oxuyub, onunla olan xaitrələrindən danışdılar.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, 2000-ci il aprelin 14-ü doğulan Zəbiyulla Məmmədov, 12-13 yaşlarında vokal dərslərinə qatılıb. Sonrakı illərdə o, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində "Tar" ixtisası üzrə təhsil alıb. Bu gün Şəhid Zəbiyullanı tək qoymayan müəllimləri və tələbə yoldaşları da onu çalışqan və səmimi şagird kimi tanıyırlar.

Vətən üçün musiqi alətlərini silaha dəyişən Zəbiyulla Məmmədov, Azərbaycan Ordusunda kəşfiyyatçı kimi xidmət edib. O, Vətən müharibəsi zamanı Suqovuşan və Talış qəsəbələrinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, komandirinin şəxsi rabitəçisi olub. Zəbiyullanı, döyüş yoldaşları, komandirləri də qorxmaz əsgər kimi xatırlayır.

Zəbiyulla Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" və "Cəsur Döyüşçü" medalları ilə təltif edilib. Həm sənətçi, şair, həm də qəhrəman savaşçı olan Zəbiyulla, indi onu sevənlərin qəlbində yaşayır.

Milli.Az


Etiketlər:  Şəhid ZMəmmədovun anım günü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ