Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2021 14:10
İsrail hüquq-mühafizə orqanları bir qədər əvvəl qətlə yetirilən gürcüstanlı kriminal avtoritet və onun oğlunun qatillərinin axtarışlarına başlayıb.
Sonxeber.net Lent.az-a istinadən xəbər verir ki, söhbət 53 yaşlı "qanuni oğru" Şume İsakov və onun 20 yaşlı oğlundan gedir. Məlumata əsasən, onları naməlum şəxslər qətlə yetirib.
Qətlin motivi bəlli deyil.
İstisna deyil ki, ata-oğlun qətli bir qədər əvvəl Naqariya şəhərində kriminal avtoritetlər arasında baş verən münaqişə ilə bağlıdır.