Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2021 22:16
Çində yeni koronavirus epidemiyaları turizmin bərpası prosesini yenidən dayandırdı. Çin Sosial Elmlər Akademiyasının Turizm Tədqiqat Mərkəzinin eksperti Song Rui yazır ki, bu, turizm şirkətlərinin COVID-19-un sənayeyə təsirini nəzərə almasının vacibliyini göstərir.
Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, turizm sektoru uzun müddət qeyri-müəyyənlik içində yaşamaq məcburiyyətində qalacaq, çünki koronavirus epidemiyası mənfi təsir göstərəcək. Mütəxəssis hesab edir ki, insanlar ekstremal hallarda planlarını və marşrutlarını tənzimləmək zərurəti fikri ilə barışmalı olacaqlar.
Sonq Rui deyir ki, ən azı qısa müddətdə daxili turizm beynəlxalq turizmdən üstün olacaq. Buna görə də müxtəlif ölkələrin hökumətləri öz ərazilərində səyahətləri stimullaşdırmaq üçün variantlar axtarmağa məcburdurlar. Ən təsirli tədbirlər sırasına sənayedə fəaliyyət göstərən müəssisələrə maliyyə dəstəyi, eləcə də onun daxilində əlavə iş yerlərinin yaradılması daxildir.
Bundan əlavə, həm turistlərə, həm də turizm firmalarına daha "anti-epidemiya" modelinə uyğunlaşmaq üçün vaxt və resurslar lazımdır. Məsələn, fərdi turların və ya şəxsi nəqliyyat vasitələri ilə səyahətlərin inkişafı istiqamətində. Bu, digər məsələlərlə yanaşı, maskaların taxılması, sosial məsafənin qorunması tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsini, həmçinin mehmanxanaların və biletlərin onlayn bronlaşdırılmasının təşviqini nəzərdə tutur.
Nəhayət, qonaqların sağlamlığının qayğısını qismən istirahət yerlərinin yerləşdiyi regional hakimiyyət orqanları öz üzərinə götürməlidir. Səyahət agentlikləri ilə əməkdaşlıq edərək, onlar epidemiyaya qarşı tədbirlər kompleksini işləyib hazırlamalı və həyata keçirilməsini təmin etməlidirlər, deyə ekspert yekunlaşdırır.