Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə Avrasiyanın ən gözəl uşağı seçilib - FOTO

Türkiyədə Avrasiyanın ən gözəl uşağı seçilib - FOTO

Tarix: 6 Noyabr 2021 10:50

Türkiyədə keçirilən "Best Children of Eurasia 2021" gözəllik və istedad müsabiqəsinin qalibi məlum olub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Antaliya şəhərində dünyanın müxtəlif ölkələrindən 20 iştirakçının qatıldığı Avrasiyanın ən gözəl qızı adı uğrunda mübarizədə doqquz yaşlı rusiyalı Evanjelina Melnikova birinci yeri tutub.

Qeyd edək ki, bu, Evanjelina Melnikovanın ilk qələbəsi deyil. 2020-ci ildə o, "Little Miss World Russia" müsabiqəsinin "Qran Pri"sini qazanmışdı, bu isə ona ölkəni beynəlxalq səviyyədə təmsil etməsinə şərait yaratdı.

Evanjelina Melnikova baletlə məşğuldur. Bundan başqa o, rəsm çəkməkdən zövq alır və pianoda ifa edir.

Milli.Az


Etiketlər:  Türkiyədə Avrasiyanın gözəl uşağı seçilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ