Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ kəşfiyyatının rəhbəri Moskvaya bu səbəbdən gedib

ABŞ kəşfiyyatının rəhbəri Moskvaya bu səbəbdən gedib

Tarix: 6 Noyabr 2021 13:14

ABŞ Prezidenti Cozef Bayden bu həftə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Bernsi Moskvaya, Rusiyanın Ukrayna ilə sərhədə yaxın qoşunların sayının artırılmasını rəsmi Vaşinqton tərəfindən diqqətlə izlənilməsi barədə xəbərdarlığını çatdırmaq üçün göndərib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə CNN yazıb. MKİ başçısı, həmçinin Rusiyanın hərəkətlərinə nəyin səbəb olduğunu müəyyən etməli idi.

U. Berns ikigünlük səfəri zamanı Rusiyanın Ukrayna və Avropa ölkələrinə qaz ixracından rıçaq kimi istifadə edə biləcəyindən narahatlığını ifadə edib. 

Moskvadakı görüşlərdən sonra MKİ başçısı RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və RF Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə danışıqlar aparıb. Berns çərşənbə günü Ukrayna Prezidenti Vladimir Zelenskiyə zəng edib, ABŞ administrasiyasının Rusiyanın hərəkətləri ilə bağlı narahatlığını qeyd edib və Ukrayna liderini Vaşinqtonun Rusiya qoşunlarının hərbi fəallığını izləməsi barədə əmin edib.

Noyabrın 3-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ mətbuatının Rusiya qoşunlarının Ukrayna sərhədinə toplaşması barədə xəbərlərini feyk adlandırıb.

Milli.Az


Etiketlər:  ABŞ kəşfiyyatının rəhbəri Moskvaya səbəbdən gedib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ