Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərə Zirə adasının palçıq vulkanı elementləri tədqiq edilib

Xərə Zirə adasının palçıq vulkanı elementləri tədqiq edilib

Tarix: 24 Avqust 2019 11:52

Bakı. Trend:

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Bakı və Abşeron arxipelaqı adalarında tədqiqat aparırlar.

İnstitutdan Trend-ə verilən məlumata görə, mütəxəssislər Xərə Zirə adasının ucqar nöqtələri, sahil xətti, dalğaların yaratdığı relyef formaları, ərazinin morfometrik göstəriciləri, palçıq vulkanı elementlərini tədqiq edib, iqlim ölçmələri aparıblar.

Həmçinin ərazinin mənimsənilməsi imkanları araşdırılıb, müşahidə olunan antropogen pozulmaların aradan qaldırılması üçün sahildə və yaxın akvatoriyada təmizlənmə işlərinin aparılmasına ehtiyac olduğu müəyyən edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xərə Zirə adasının palçıq vulkanı elementləri tədqiq edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ