Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2021 20:56
Britaniyalı məşhur müğənni Adel uzun müddətdən sonra ötən gün Londonda səhnəyə çıxıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçının sol barmağında nişan üzüyünün olması diqqət çəkib. Amerikalı baksetbol meneceri Riç Paul ilə sevgili olduğunu təsdiqləyən Adelin onunla nişanlandığı iddia edilib.
Qeyd edək ki, Adel bu ilin martında həyat yoldaşı Simon Konecki ilə boşanıb. Onun bu evlilikdən doqquz yaşlı Ancelo adlı oğlu var.