Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2021 11:02
Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar karyerasında 400-cu və 401-ci qoluna imza atıb.
Sonxeber.net report-a istinadla bildirir ki, 29 yaşlı hücumçu Fransa Liqa 1-in XIII turunda "Bordo"ya 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada dubl edib.
O, bütün turnirlərdə Paris təmsilçisində 90, ölkəsinin "Santos" klubunda 136, İspaniya "Barselona"sında 105 və Braziliya yığmasında 70 dəfə fərqlənib.
Neymar PSJ-nin tarixində bombardirlər siyahısında 8-ci pilləyə yüksəlib. O, komanda yoldaşı Anxel Di Mariyanı (89 qol) üstələyib.