Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Akademik Musiqili Teatr Zəfər Gününü hərbi hissədə qeyd etdi - FOTO

Akademik Musiqili Teatr Zəfər Gününü hərbi hissədə qeyd etdi - FOTO

Tarix: 7 Noyabr 2021 13:48

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti "N" saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirib.

"Ordum varsa, yurdum var" adlı tədbir Qarabağ Müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanılıb. 44 günlük Zəfər tariximizin ən şanlı səhifəsi - Qələbəmizdən söhbət açılıb.

Daha sonra Akademik Musiqili Teatrın repertuarından dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun", "Arşın mal alan" operettalarından parçaları teatrın aktyorları Əməkdar artist Ələkbər Əliyev, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Şaban Cəfərov ifa ediblər.

Tədbirdə gənc rejissor Elməddin Dadaşovun quruluşunda müxtəlif səhnəciklər, Əjdər Dadaşovun səhnələşdirdiyi komik miniatürlər də aktyorların təqdimatında maraqla qarşılanıb.

Bayram əhval-ruhiyyəli bu görüşdə balet artistləri Aynurə Əsgərova, Kamran Həsənov, eləcə də digər iştirakçıların nümayiş etdirdikləri şən rəqslər görüş iştirakçılarına xoş ovqat bəxş edib.

Teatrın solisti Şaban Cəfərov, xor artisti Vüsal İsrafilov və teatrın ən gənc aktyoru Rahib Məmmədzadənin  ifaları da alqışlarla qarşılanıb.

Görüşün sonunda hərbi hissənin rəhbərliyi tərəfindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət xadimi Əliqismət Lalayevə  və teatrın kollektivinə hərbçilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və mənəvi - psixoloji vəziyyətinin yüksəldilməsində daim yaxından iştirak etdiklərinə görə şəxsi heyətin minnətdarlığını bildirib və  iştirakçılara təşəkkürnamə təqdim edilib.

Milli.Az


Etiketlər:  Akademik Musiqili Teatr Zəfər Gününü hərbi hissədə qeyd etdi FOTO


RƏYLƏR