Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2021 19:30
Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları geri qaytarıb və bununla da Qarabağ münaqişəsi adlı səhifəni çevirib".
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bunu Belçikanın sabiq baş naziri İv Leterme deyib.
Siyasətçi Qarabağ müharibəsinin başa çatmasından məmnunluğunu bildirib və vurğulayıb ki, indi işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpası iki xalqın mənafeyinə uyğundur.
"Qarabağda yaşayacaq insanlar üçün yeni imkanların yaradılması vacibdir. Bu, təhlükəsizlik, kollektiv xidmətlər kompleksinin göstərilməsi, yeni infrastrukturun qurulması və diqər məsələlərə də aiddir. İndi Qarabağ bölgəsinin çiçəklənməsi üçün imkanlar açılıb. Ona görə də Bakıda keçirilən "COVID-19-dan sonrakı dünya" VIII Qlobal Forumunun bütün iştirakçıları Ermənistanın sülh danışıqları masası arxasına oturmağa təşviq edilməsi ilə bağlı prezident İlham Əliyevin ifadə etdiyi ideyanı tamamilə dəstəkləyib", - deyə Leterme bildirib.
Keçmiş baş nazir vurğulayıb ki, ATƏT-in Minsk Qrupu münaqişənin sülh yolu ilə həllinə ümidləri doğrultmayıb. Leterme ATƏT MQ missiyasını tükənmiş hesab edir: "Minsk Qrupu yalnız münaqişə tərəflərinin görüşləri və danışıqları üçün platforma kimi faydalı oldu".
Aİ-nin Qarabağın bərpasında iştirakının mümkünlüyündən danışan Leterme qeyd edib ki, Avropa İttifaqı Qarabağın tam bərpasını təmin etmək və bu regionda iki xalqın birgə yaşaması üçün şərait yaratmaq məsuliyyətini öz üzərinə götürməlidir.