Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Sumqayıt qatarının şüşələrini daşla sındıran 10 yaşlı uşaq saxlanılıb

Bakı-Sumqayıt qatarının şüşələrini daşla sındıran 10 yaşlı uşaq saxlanılıb

Tarix: 8 Noyabr 2021 13:16

Bakı-Sumqayıt qatarının şüşələrini sındıran şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sonxeber.net-a verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 6-da saat 19 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı Sumqayıt-Novxanı dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində 2 vaqonun yan şüşələrinin sınması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini olan 10 yaşlı R.Kazımov müəyyən edilərək saxlanılıb.


Etiketlər:  Bakı Sumqayıt qatarının şüşələrini daşla sındıran yaşlı uşaq saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ