Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2021 16:24
Ətraf zibil poliqonunu xatırladır. Hər tərəf üfunətdir, zibilliyin yanında küçə itləri dolaşır. Yaxınlıqdan isə əhalinin istifadə etdiyi su kanalı axır...
Xezerxeber.az-ın məlumatına görə, söhbət Biləsuvar rayonunun Xudu Məmmədov küçəsinin Bəydili kəndi ərazisi ilə kəsişdiyi hissədən gedir.
Sakinlər deyir ki, uzun müddətdir məişət tullantıları ərazidən daşınmadığı üçün iydən evdə otura bilmirlər. Bundan başqa, küçə itlərinin toplaşdığı yerə çevrilən ərazidən uşaqlar rahat dərsə gedə bilmirlər.
Sakinlər bildirir ki, dəfələrlə aidiyyəti qurumlara problemlərlə bağlı müraciət etsələr də, nəticəsi olmayıb. Zibilliyin toplandığı ərazinin tam yaxınlığından kənd sakinlərinin içməli su kimi istifadə etdiyi su kanalı keçir və müxtəlif növ tullantılar mütamadi olaraq axar suya qarışır.
Problemlə bağlı Bəydili kənd icra nümayəndəliyindən bildirdilər ki, kənddə məişət tullantıları həftəboyu daşınır. Sözügedən əraziyə baxış keçiriləcək, ərazi təmizləndikdən sonra məişət tullantıları üçün xüsusi qabların qoyulması təmin ediləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: