Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2021 22:27
Ağızda qəribə acı, turş, metallik dadın hiss edilməsi, sanki ağzında paslı dəmir varmış kimi hiss beyin şişinin əlaməti ola bilər.
Sonxeber.net xəbər verir ki, bunu rusiyalı məşhur həkim Aleksandr Myasnikov bildirib.
Dad reseptorlarında dəyişiklik beyində sinir problemləri və ya yeni törəmələrlə bağlı olur.
Düzdür, belə hal kovid zamanı da yaranır. Amma digər hallarda insan ağzında dəmir metal tamı hiss edərsə, baş beyin müayinə olunmalıdır.
Bəzi təzyiq dərmanları və antibiotiklər də ağız dadını dəyişir. /medicina.az