Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yığmanın 5 futbolçusu karantinə alındı

Yığmanın 5 futbolçusu karantinə alındı

Tarix: 9 Noyabr 2021 19:34

Almaniya millisi DÇ-2022-nin seçmə mərhələsinin noyabr oyunları ərəfəsində xoşagəlməz halla üzləşib.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, yığmanın 5 futbolçusu karantinə alınıb.

Buna səbəb onların koronavirusa yoluxan komanda yoldaşları ilə sıx təmasda olmasıdır. Bu oyunçuların adları rəsmən açıqlanmasa da, Niklas Züle və Yozua Kimmixin də onlar arasında olduğu iddia edilir.

Komandanın digər üzvlərinin testləri mənfi nəticələnib. Onlar qarşıdakı matçların hazırlığını davam etdirir.

Qeyd edək ki, Bundestim DÇ-2022-nin seçmə mərhələsində noyabrın 11-də Lixtenşteyn, üç gün sonra Ermənistanla qarşılaşacaq.


Etiketlər:  Yığmanın futbolçusu karantinə alındı


RƏYLƏR